Modern.az

\"Survivor All Star\"da səsvermə - Kobraya dəstək olaq

\

5 Mart 2022, 21:25

Bu gün axşam Kobra ləqəbli azərbaycanlı idmançı Pərviz Abdullayevin iştirak etdiyi "Survivor All Star"da yarışma sonrası böyük səsvermə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu məqsədlə sosial mediada Pərvizə dəstək kampaniyasına start verilib.

 

Belə ki, Pərvizə dəstək olmaq istəyən, Türkiyədə yaşayanlar telefondan SMS vasitəsi ilə, Azərbaycanda və ya digər ölkələrdə yaşayan izləyicilər isə TV8 yan ekran tətbiqi vasitəsi ilə SMS göndərə bilərlər.

 

TV8 yan ekran tətbiqindən istifadə qaydası videotəlimatdakı kimidir. Azərbaycandan SMS göndərmək mümkün olmadığından bu tətbiqdən istifadə edərək Pərvizə səs göndərmək mümkündür.

"Survivor All Star 2022" də iştirak edən həmyerlimiz Pərviz Abdullayev izləyicilərin favoritləri arasında yer alır.

 

 

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?