Modern.az

Rusiya-Ukrayna danışıqlarının yeri dəqiqləşdi  - YENİLƏNİB

Rusiya-Ukrayna danışıqlarının yeri dəqiqləşdi  - YENİLƏNİB

Dünya

5 Mart 2022, 22:51

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu Polşa-Belarus sərhədində keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” parlament fraksiyasının sədri David Araxamiya bildirib.

 

***

21:22

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu bazar ertəsi baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya özünün tvitter hesabında yazıb.

 

Bundan əvvəl tərəflər Belarusda iki dəfə görüşüb.

 

Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik nəzərdə tutulmayıb.

 

“Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, - deyə o bildirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu