Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.
Modern.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, respublika mərhələsinin yarımfinal turunun ümumi nəticələrini yerli təhsil idarəetmə orqanlarından və ümumtəhsil müəssisələrindən əldə etmək olar. Nəticələrlə bağlı ərizələr 3 iş günü ərzində qəbul ediləcək.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.