Modern.az

Ukraynada separatçıların lideri məhv edilib

Ukraynada separatçıların lideri məhv edilib

Dünya

5 Mart 2022, 23:42

Ukraynanın Donetsk vilayətinin Volnovaxa şəhərində separatçılardan ibarət "Sparta" kəşfiyyat batalyonunun komandiri Vladimir Joqa məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Donbasdakı separatçıların liderlərindən olan Denis Puşilin bildirib.

 

“O, mülki əhalinin qəsəbədən çıxışını təmin edərək ölümcül yaralanıb”, - açıqlama deyilir.

 

Joqanın ölümü barədə rusiyalı telejurnalist Vladimir Solovyov də sosial şəbəkə hesabında paylaşım edib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu