İtaliyanın “RAI” dövlət televiziyası Rusiyadakı fəaliyyətini dayandırıb.
Modern.az xəbər verir ki, telekanal bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, bu qərar Rusiyada yeni hüquqi tənzimlənin tətbiq edilməsi ilə əlaqədardır
“Rəsmilər tərəfindən əsassız hesab edilən xəbərlərə görə ağır həbs cəzasını nəzərdə tutan qanunun təsdiqlənməsi ilə “RAI” Rusiya Federasiyasındakı müxbirlərinin fəaliyyətini bu gündən etibarən dayandırıb”,- deyə açıqlamada qeyd olunub.
“RAI”nin Rusiyadakı hadisələri qonşu ölkələrdəki müxbirləri və İtaliyadakı baş qərargahından müxtəlif mənbələr vasitəsilə izləyəcəyi bildirilib.
Qeyd edək ki, sözügedən tənzimləmə səbəbindən “BBC”, “CNN”, “ZDF” və “Bloomberg” kimi bir çox qərb media orqanları Rusiyadakı fəaliyyətlərini dayandırmaq qərarına gəliblər.