ABŞ-ın Ayova ştatında tornado 6 nəfərin ölümünə səbəb olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 4-ü uşaqdır.
Tornado nəticəsində daha 4 nəfərin xəsarət aldığı bildirilib. Eyni zamanda qasırğa onlarla evə, elektrik xətlərinə və ağaclara ciddi ziyan vurub.