Modern.az

Rusiyanın itkiləri: 11 mindən çox hərbçi ölüb

Rusiyanın itkiləri: 11 mindən çox hərbçi ölüb

Dünya

6 Mart 2022, 11:45

Ukraynanın Müdafiə Nazirliyi Rusiyanın itkilərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, nazirlik fevralın 24-dən martın 6-dək olan müddətdə Rusiyanın itkiləri barədə məlumat yayıb.

 

Bildirilib ki, hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 11 mindən çox hərbçisi öldürülüb.

 

Qeyd olunub ki, Rusiya ordusunun 285 tankı, 985 Piyadaların Döyüş Maşını, 109 artilleriya qurğusu, 50 reaktiv atəş sistemi, 44 hərbi təyyarəsi, 44 hərbi helikopteri, 447 hərbi avtomobili, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobili, 4 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı məhv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu