Modern.az

Azərbaycanda bir ilin korrupsiya faktları açıqlanıb

Azərbaycanda bir ilin korrupsiya faktları açıqlanıb

23 Yanvar 2013, 10:55

2012-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 nömrəli "Qaynar xətt"inə 5143 müraciət daxil olub. Həmin müraciətlərin 34-ü üzrə cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinayaət işi başlayıb. Modern.az xəbər verir ki, bu sözləri Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

K.Əliyev deyib ki, 17 fakt üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. Hesabat dövrü ərzində törədilmiş və hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 369 müraciət araşdırılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 29, o cümlədən korrupsiya ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Qeyd onunan cinayət işlərindən 23-ü ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

K.Əliyevin sözlərinə görə, ötən il ərzində idarənin istintaq şöbəsi tərəfindən 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. 52 şəxs barəsində 32 iş rüşvətalma, 51 şəxs barəsində 33 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, 75 şəxs barəsində 44 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq və digər faktlarla əlaqəli olub.

2012-ci il ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş cəmi 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma mərhələsində 25 milyon 972  manat və ya 49,82% ödənilib. Qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi