Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının bugünkü iclasında Azərbaycanla bağlı məsələlərin müzakirəsinə baxılacaq. Modern.az xəbər verir ki, iclasda Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. Bununla yanaşı, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı da müzakirələrdə iştirak edəcəklər.
Azərbaycanla bağlı dinləmələrdə ilk növbədə, məruzəçi Ştrasserin hesabatı dinləniləcək. Azərbaycanla bağlı dinləmələr əsasən sonuncu əfv, ölkədə nə qədər siyasi məhbus qalması ətrafında müzakirələr aparılacaq. Nigar Yaqublu, Hilal Məmmədov, jurnalist Fuad Hüseynov, Əvəz Zeynallı, Nemət Pənahlının məsələlərinə baxılacaq. Bundan başqa, insan haqlarının durumu, Azərbaycanda söz azadlığı və s. Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsinə dair hesabat müzakirə olunacaq.