Rusiya qoşunları genişmiqyaslı hücumun ikinci dalğasını hazırlayır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Oleksiy Danilov açıqlama verib.
O. Danilo bildirib ki, buna görə mümkün qədər hazırlıqlı və vahid olmaq lazımdır.
"Biz ilk, ən şiddətli hücum dalğasına tab gətirdik. Heç bir istiqamətdə Rusiya qoşunları strateji uğur qazanmayıb", - Danilov öz Facebook səhifəsində yazıb.
O qeyd edib ki, Ukrayna ordusu layiqli cavab verir, “amma düşmən genişmiqyaslı hücumun ikinci dalğasını hazırlayır”.
Danilov qeyd etdiyi kimi, Kiyev, Xarkov, Mariupol, Nikolaev, Çerniqov və Odessa şəhərləri strateji əhəmiyyətə malik olaraq qalır.