Modern.az

74 yaşlı hüquqşünas vəkillik imtahanı verdi

74 yaşlı hüquqşünas vəkillik imtahanı verdi

6 Mart 2022, 19:30

Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

 

Kollegiyadan Modern.az-a verilən xəbərə görə, imtahanda 306 nəfər hüquqşünas iştirak edib.

 

3 saat davam edən imtahanda 142 nəfər (46.4 faiz) 60 və daha yüksək bal toplayaraq növbəti şifahi mərhələyə keçiblər.

 

İmtahanda iştirak edən ən yaşlı namizədin 74, ən gəncinin isə 24 yaşı olub.

 

Namizədlərin 76 faizi kişi, 24 faizi isə qadındır.

 

100 ballıq sistem üzrə keçirilən imtahanda ən yüksək göstərici 94 bal olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama