Modern.az

23 yaşlı Aytacın qətlilə bağlı rəsmi AÇIQLAMA

23 yaşlı Aytacın qətlilə bağlı rəsmi AÇIQLAMA

Hadisə

6 Mart 2022, 21:00

5 mart 2022-ci il tarixdə Aytac Əliyevanın meyitinin Qəbələ rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qəbələ Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirməsi məlum olub.

 

Daha sonra yapışqanla baş və boyun nahiyyəsini bağlanması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?