Modern.az

“Ded Xasan”ın qətlinin İvanişvili ilə əlaqəsi yoxdur” - Gürcüstandan AÇIQLAMA

“Ded Xasan”ın qətlinin İvanişvili ilə əlaqəsi yoxdur” - Gürcüstandan AÇIQLAMA

Təhsil

23 Yanvar 2013, 12:28

Rusiyada qətlə yetirilən “Ded Xasan” ləqəbli məşhur avtoritet Aslan Usoyanın ölümündə Gürcüstanın baş naziri Bidzina İvanişvilinin adı hallanır. Rusiya mətbuatında yer alan məlumatlara görə, “Ded Xasan”ın qətlini İvanişvili sifariş edib.

Məsələ ilə bağlı Gürcüstan parlamentin azərbaycanlı üzvü, İvanişvili hakimiyyətinin əsas tərəfdarlarından olan deputat Əli Məmmədov Modern.az-a açıqlama verib. Kriminal avtoritetin ölümündə baş nazirin adının hallanmasının doğru olmadığını bildirən millət vəkili belə bir sifarişin İvanişvili tərəfindən edilməsi haqda yayılan xəbərləri cəfəngiyyat adlandırıb.

“İvanişvilinin adını belə olaylarda hallanması doğru deyil. Yayılan məlumatlar həqiqətdən uzaqdır”.
Ə.Məmmədovun fikrincə, kimlərsə belə məlumatları qəsdən, İvanişvilini gözdən salmaq məqsədilə yayırlar...

Anar RÜSTƏMOV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı