Modern.az

Yaponiya Rusiyanı təhlükəli ölkə elan etdi

Yaponiya Rusiyanı təhlükəli ölkə elan etdi

7 Mart 2022, 10:24

Yaponiya Rusiyanı 3-cü dərəcəli təhlükəli zona elan edib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər nazirliyi məlumat yayıb.

 

Nazirlik Rusiyanın bütün ərazisini 3-cü dərəcəli təhlükəli ərazi (4 mümkün təhlükə səviyyəsindən) təyin edib.

 

Bu, Rusiyaya səyahət etməmək tövsiyəsini özündə ehtiva edir. Ötən həftədən etibarən Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrinə 4-cü səviyyə təyin edilib ki, bu da həmin əraziləri tərk etmək çağırışı demək idi.

 

Rəsmi Tokionun məlumatına görə, hazırda Rusiyada 2 400 yaponiyalı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu