Modern.az

“Ruslar mülki əhalini atəşə tutur” - Reznikovdan müraciət

“Ruslar mülki əhalini atəşə tutur” - Reznikovdan müraciət

7 Mart 2022, 11:10

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov xalqa müraciət edib.

 

Modern.az xəbər verir ki, nazir Rusiya ordusunun əsas hücum istiqamətlərinin Kiyev, Xarkov, Çerniqov və Nikolayev şəhərləri olduğu bildirilib.

 

“Biz sayıqlığı itirmirik. Ruslara sərt cavablar veririk. Hökumət humanitar dəhlizləri təmin etmək üçün mümkün hər şeyi edir. Amma bu, asan məsələ deyil. Ruslar verdikləri sözə əməl etmirlər. Onlar yaşayış məntəqələrini hədəf alır, mülki şəxsləri atəşə tuturlar. Ukrayna xalqının öz vətəni uğrunda vuruşduğunu bütün dünya görür. Silah və sursat tədarükü ilə bağlı məlumat verməyəcəyəm. Amma bilin ki, ciddi irəliləyiş var”, - deyə müraciətdə bildirilib.

 

Reznikovun sözlərinə görə, Ukrayna xalqı böyük şücaət göstərir: “Bizim ruslar qarşısında ən böyük üstünlüyümüz cəmiyyətimizin həmrəyliyidir. Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq. Xerson, Kaxovka, Melitopol, Berdyansk və Heniçeskdə baş verənlər göstərdi ki, rusların gecikmədən ölkəmizdən çıxması daha yaxşı olar”.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu