Modern.az

Sabahın hava proqnozu – 18 dərəcə...

Sabahın hava proqnozu – 18 dərəcə...

Təhsil

23 Yanvar 2013, 13:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə. yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim qərb, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı

Yanvarın 24-25-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu yanvarın 24-də Abşeron yarımadasında və aran rayonlarında 13-18, dağlıq rayonlarda 6-11 dərəcə isti, yanvarın 25-də Abşeron yarımadasında 10-15, aran rayonlarında 11-16, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı