Modern.az

Moskvada partlayış qorxusu: Təcili yoxlamalar başladı

Moskvada partlayış qorxusu: Təcili yoxlamalar başladı

7 Mart 2022, 13:11

Rusiyanın paytaxtı Moskvada partlayış olacağı barədə məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, anonim bomba xəbərdarlığından sonra Moskvanın Yaroslavski, Kazanski və Leninqradski dəmir yolu terminalları və “Komsomolskaya” metrostansiyasında təcili yoxlamalar başladılıb.

 

“Moskvanın Yaroslavski, Kazanski və Leninqradski dəmir yolu terminallarına, həmçinin metronun “Komsomolskaya” stansiyasına bomba qoyulması ilə bağlı anonim məlumat daxil olub. Hadisə yerinə kinoloqlar göndərilib. Hazırda yoxlama aparılır”, - Rusiya mətbuatı yazıb.

 

Təxliyə ilə bağlı əlavə məlumat verilməyib. 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu