“Azərbaycanda magistratura təhsilinin yetərli səviyyədə olmaması haqqında fikirlər düzgün deyil. Əvvəllər magistratura yeni tətbiq olunanda belə hallar mövcud idi, amma indi bu yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib. O qeyd edib ki, artıq magistratura təhsili ilə bağlı problem aradan qaldırılıb.
“Ola bilər ki, ayrı-ayrı fənlər üzrə bakalavrda keçilənlər təkrarən magistraturada tədris olunsun, amma bu kütləvi şəkildə deyil. Magistraturada bir-iki fənn keçməklə o sahənin tarixi və tədqiqatı öyrənilir. Burada əsas dissertasiyanın yazılmasıdır”.