Modern.az

Rusiyadan Qarabağa dair yeni mesaj: “Əgər biz məsələni həll etmək istəyiriksə...”

Rusiyadan Qarabağa dair yeni mesaj: “Əgər biz məsələni həll etmək istəyiriksə...”

Təhsil

23 Yanvar 2013, 15:21

“Rusiya ATƏT-in Minsk qrupunun digər üzvləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair səylərini davam etdirəcək” Modern.az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. Rusiyanın Minsk Qrupunun üzvü olaraq Qarabağ müqanişəsinin həllində bundan sonra da səy göstərəcəyini deyən Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri Kazanda keçirilən görüşdə həmsədlərin hazırladıqları sənədə “yox” deyiblər.

“Əgər biz məsələni əyani şəkildə həll etmək istəyiriksə, onda Minsk Qrupunun həmsədri kimi hərəkət etməliyik. Həmsədrlər bir neçə il ərzində münaqişənin həllinə dair müqaviləni işləyib hazırlayıb. Amma tərəflər həmin müqavilənin yekun bəndlərini öz aralarında razılaşdırmayıblar. 2010-cü ilin mayında “8-liyin” sammitində Fransa, ABŞ və Rusiya Bakı və İrəvana müraciət ediblər ki, həmin sənədi tanısınlar. Amma Kazan görüşündə bu məsələyə “yox” dedilər. İndinin özündə Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə həmin sənəd qismən yenidən nəzərdən keçirilir. Sənədin özünün natamam-variantı üzərinə işlənilir. Amma heç bir nəticə yoxdur”, – deyə XİN rəhbəri vurğulayıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı