Modern.az

Azay Quliyev hesabat verəcək

Azay Quliyev hesabat verəcək

Təhsil

23 Yanvar 2013, 15:42

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası özünün 2012-ci ildəki fəaliyyətilə bağlı hesabat konfransı keçirəcək.

Qurumdan bildirilib ki, konfransda Şuranın il ərzində QHT sektorunun inkişafı istiqamətində yerinə yetirdiyi işlər, maliyyələşdirilmiş layihələr, əldə edilmiş nəticələr və hesabatlarla bağlı müzakirələr aparılacaq. Konfransda QHT Şurasının sədri, deputat Azay Quliyevin hesabat məruzəsilə çıxış edəcəyi gözlənilir.  
Tədbirdə Şuranın 2012-ci ildə maliyyələşdirdiyi layihələr haqqında kitabın təqdimatı olacaq. 

Konfrans 25 yanvar 2013-cü il saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı