Modern.az

Moskva Almaniyanı qazı kəsməklə HƏDƏLƏYİR

Moskva Almaniyanı qazı kəsməklə HƏDƏLƏYİR

Aktual

8 Mart 2022, 14:34

Rəsmi Moskva Berlinin “Şimal axını 2” layihəsinin açılışını dayandırmaq qərarına cavab olaraq Rusiyadan Almaniyaya boru kəmərləri vasitəsilə qaz axınını dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

 

“Bizim uyğun qərar qəbul etmək və “Şimal axını 1” qaz kəməri ilə qazın nəqlinə embarqo qoymaq hüququmuz var. Rusiya Avropa qazının 40 faizini təmin edir” - Rusiya rəsmisi Berlini hədələyib.

 

Qeyd edək ki, Ukraynada münaqişənin kəskinləşməsi fonunda Almaniya hökuməti Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI