Modern.az

“Susuz və ac qalan insanları düşünün” – Zelenski kömək istədi

“Susuz və ac qalan insanları düşünün” – Zelenski kömək istədi

Dünya

8 Mart 2022, 22:08

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya parlamentində videoformatda çıxış edib.

 

Modern.az-ın məlumatına görə, Zelenski çıxışında bildirib ki, Ukraynaya hərbi müdaxilə nəticəsində Rusiya ordusu 11 mindən çox hərbçisini itirib:

 

“Dinc sakinlərin ərzaq ehtiyaclarına çıxışı məhdudlaşdırılır. Nəticədə insanlar arasında təşviş yaranır. 13 gün boyunca susuz və ac qalan insanları düşünün. Ukraynada 50-dən çox uşaq həyatını itirib. Onlar gəlib uşaqlarımızı bizdən aldılar”.

 

Zelenski qeyd edib ki, Ukrayna dünyanın ən böyük ordusuna qarşı mübarizə aparır:

 

“Biz raketlərlə və helikopterlərlə döyüşürük. 13-cü gün, 14-cü gün və 15-ci gün gəlincə bu davam edəcəkmi? Biz Ukrayna xalqı olaraq mübarizəmizi sonuna qədər davam etdirəyəcəyik”.

 

Daha sonra Zelenski Böyük Britaniyadan kömək istəyib: “Britaniyanın Baş naziri Boris Consona təşəkkür edirəm. Sizdən xahiş edirəm ki, təzyiqinizi artırın. Rusiyanı terrorçu ölkə kimi tanıyın”.

 

***

21:20

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyanın İcmalar Palatasında deputatlar qarşısında videobağlantı formatında çıxışı başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Britaniya deputatları Zelenskini ayaq üstə alqışlarla qarşılayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu