Polşa hökuməti bütün MiQ-29 qırıcılarını NATO-nun Almaniyada yerləşən Ramşteyn aviabazasına göndərməyə hazırdır.
Modern.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik təyyarələri təcili və təmənnasız olaraq Ramştayn bazasına göndərməyə, ABŞ-ın nəzarətinə verməyə hazır olduqlarını bəyan edib.
Xatırladaq ki, bundan əvvəl Polşa qeyd olunan qırıcıları Ukraynaya verməkdən imtina etmişdi.
Akif İsmayılov