Modern.az

Tələbə olmaq istəyənlərin nəzərinə - 8 gün qaldı

Tələbə olmaq istəyənlərin nəzərinə - 8 gün qaldı

Təhsil

9 Mart 2022, 09:24

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir. 

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2022-ci il martın 4-dən başlayıb və 17-dək internet vasitəsilə aparılır.

 

9 mart saat 09:15-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 22917 abituriyent öz ərizəsini təsdiq edib. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

 

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...