Modern.az

Çernobıl AES-dən məlumat almaq olmur

Çernobıl AES-dən məlumat almaq olmur

Dünya

9 Mart 2022, 09:42

Çernobıl Atom Elektrik Stansiyası (AES) BMT-nin atom nəzarəti orqanına artıq məlumat göndərmir.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin atom nəzarəti orqanı tərəfindən məlumat yayılıb.  

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Çernobıl AES-də quraşdırılmış qoruyucu monitorinq sistemlərindən məlumatların uzaqdan ötürülməsinin itirildiyini qeyd edib.

 

Eyni zamanda AES-də Rusiya mühafizəsi altında çalışan işçilərdən narahatlıq ifadə olunub.

 

Qeyd edək ki, bir neçə gün öncə Çernobıl Atom Elektrik Stansiyasında yanğın baş vermişdi.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu