Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı polisə aparılıb. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Y.Sadıqlının saxlanma səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib. İlkin ehtimallara görə, Yadigar Sadıqlının saxlanılması İsa Qəmbərin Lənkəran səfəri ilə bağlıdır.
Qeyd edək ki, məlum hadisələrdən sonra Müsavat başqanı İsa Qəmbər yanvarın 27-ə yenidən Lənkərana səfər edəcək.
Anar RÜSTƏMOV