Modern.az

Türk restoranına hücum edən 2 erməniyə hökm oxundu

Türk restoranına hücum edən 2 erməniyə hökm oxundu

Dünya

9 Mart 2022, 12:40

ABŞ məhkəməsi Cənubi Kaliforniyanın Beverly Hills bölgəsində türk restoranına hücum edən ermənilərlə bağlı hökm çıxarıb.


Modern.az xəbər verir ki, bu barədə “Armeniatoday” nəşri məlumat yayıb.

 

Məhkəmənin qərarına əsasən “İstanbul Cafe”yə hücum edən ermənilər həbs edilib. Belə ki, 23 yaşlı Uilyam Stepanyan 5 il, 24 yaşlı Harutyun Harri Çalikyan isə 15 ay müddətinə azadlıqdan məhrum olunub.

 

Qeyd edək ki, hadisə 2020-ci ilin noyabrın 4-də 44 günlük Vətən müharibəsi zamanı baş verib. Restorana gələn ermənilər oradakı insanlara hücum edərək, ətrafa ziyan vurublar. Təqsirləndirilən şəxslər restorana vurduqları maddi ziyana görə 21 min dollar məbləğində cərimələniblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu