Modern.az

Prezident BP sədri ilə görüşdü

Prezident BP sədri ilə görüşdü

Təhsil

23 Yanvar 2013, 19:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda bp şirkətinin sədri Karl-Henrik Svanberq ilə görüşü olub. Modern.az AzərTAc-aistinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olunub. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığımızın uğurla həyata keçirildiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

 Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparııb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı