Modern.az

XİN Qarabağa görə 30 nəfəri “qara siyahı”ya saldı

XİN Qarabağa görə 30 nəfəri “qara siyahı”ya saldı

Qarabağ

9 Mart 2022, 14:30

Ötən il XİN-in "qara siyahı"sına 30 nəfərin adı daxil edilib, 2 nəfərin adı çıxarılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub. 

 

Hesabata görə, ümumilikdə, xəbərdarlıqlara məhəl qoymadan müxtəlif vaxtlarda ərazilərimizə qanunsuz səfər etmiş 286 xarici ölkə vətəndaşı barədə məlumat “Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil olub.

 

"Qara siyahı"ya daxil edilmiş şəxslərin 30 nəfəri 2021-ci ildə bura əlavə olunub.  2 nəfərin adı isə siyahıdan çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir