Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının bugünki iclasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” idarə heyətinin üzvü Rövşən Rzayev Qarabağ problemindən danışıb.
Deputat qeyd edib ki, problemin həlli üçün icmalararası dialoqa böyük ehtiyac var. Bunun zəruriliyini diqqətə çatdıran R.Rzayev əlavə edib ki, beynəlxalq təşkilatlar, xüsusilə də bu məsələdə Avropa Şurası Parlament Assambleyası dəstək verməlidir.
Deputatın çıxışından sonra yeni sədr Jan-Klod Mino Avropa məkanındakı dondurulmuş münaqişələrə, o cümlədən Qarabağ məsələsinin dialoq yolu ilə həllini dəstəklədiyini bəyan edib.
Bu barədə məlumat Modern.az-a Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətindən daxil olub.
Modern.az