Kliniki Tibbi Mərkəzdə (KTM) kadr dəyişikliyi olub.
Mərkəzdən Modern.az-a verilən məlumata əsasən Vəfa Mirzəyeva Mərkəzin Doğum şöbəsinin həkim-neonatoloq vəzifəsinə təyin olunub.
V.Mirzəyeva 16 fevral 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-1999-cu illərdə Nizami rayonu 272 saylı orta məktəbdə, 1999-2003-cü illərdə isə Kimya-Biologiya Təmayüllü Respublika Liseyində təhsil alıb. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində həkim pediatr-neonatoloq ixtisası üzrə təhsilini davam etdirib.
2009-2010-cu ildə Mərkəzi Klinikada həkim-interna vəzifəsində çalışıb. 29 dekabr 2011-ci ildən Sumqayıt Perinatal Mərkəzdə həkim-neonatoloq, 2016-2020-ci illərdə isə oranın Yenidoğulmuşlar şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
2018-ci ildə əmək, təhsil və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə“İlin peşəkar gənci fəxri diplomu” və “İlin peşakar gənci döş nişanı” ilə təltif olunub