Modern.az

İsmayıllıda "həyəcan" siqnalı: bütün polis ayağa qaldırılıb

İsmayıllıda "həyəcan" siqnalı: bütün polis ayağa qaldırılıb

Təhsil

24 Yanvar 2013, 02:19

İsmayıllıda baş verən kütləvi aksiya ilə bağlı Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovniki Daşqın Mehdiyev hadisə yerinə yollanıb. 
Bu barədə Modern.az-a İsmayıllı rayonunun hüquq-mühafizə orqanından məlumat verilib. Bildirilib ki, general-mayor Yaşar Əliyevin göstərişi ilə İsmayıllı rayonu daxil olmaqla, ətraf rayonlarda xidmət edən mühafizə xidmətinin əməkdaşlarına "həyəcan" siqnalı verilib, bütün polis əməkdaşları toplanıb. Hətta Hacıqabul və Əli Bayramlı polis idarəsində də çoxli sayda polis əməkdaşları rayona gətirilib.

Hadisə ilə bağlı əldə etdiyimiz digər məlumata görə, Daxili Qoşunların Şəkidə yerləşən “N” saylı hərbi hissəsinin əsgər heyəti də İsmayıllıa gətirilir.

.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı