Modern.az

Media Reyestrinin ilkin qaydaları hazırdı

Media Reyestrinin ilkin qaydaları hazırdı

9 Mart 2022, 17:00

"Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır".

 

 Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

 

O, media subyektlərinin reyestrə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib. Bildirib ki, media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilati-hüquqi məsələlər başa çatdıqdan sonra mümkün olacaq:

 

"Nazirlər Kabinetinin sərəncamında qeyd olunduğu kimi, qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu