Modern.az

Qadın güləşçimiz finala yüksəldi

Qadın güləşçimiz finala yüksəldi

Dünya

9 Mart 2022, 19:09

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı moldovalı Mixaela Samoillə üz-üzə gəlib.

 

Rəqibini 11:4 hesabı ilə məğlub edən Məmmədov finala vəsiqə qazanıb.

 

50 kq-da çıxış edən Şəhanə Nəzərova isə yarımfinalda macarıstanlı Şimonetta Şeker 0:8 hesabı ilə uduzaraq, finala çıxmaq şansını əldən verib. O, bürünc medal uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. "Klassiklər"dən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib çıxıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu