Türkiyənin İsraildəki səfirliyi yenidən fəaliyyət göstərəcək.
Modern.az xəbər verir ki, bu barədə israilli jurnalist Barak Ravid özünün "Twitter" hesabında yazıb.
"Mövlud Çavuşoğlu (Türkiyənin XİN başçısı-red) mənə bildirdi ki, o, aprelin əvvəllərində İsrailə və Fələstinə səfər edəcək. İsrail XİN başçısı Yair Lapidlə görüşəcək və səfirlik yenidən açılacaq", - deyə jurnalist qeyd edib.
Xatırladaq ki, bu gün İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edib. O səfər zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.