Modern.az

İsmayıllının icra başçısı rayon ağsaqallarını qəbul edəcək

İsmayıllının icra başçısı rayon ağsaqallarını qəbul edəcək

Təhsil

24 Yanvar 2013, 10:09

Yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda çoxsaylı insanın iştirakı ilə keçirilən aksiya, onun baş vermə səbəbləri ilə bağlı bu saatlarda İsmayıllı rayonu İcra Hakimiyyətində müşavirə keçirilir.

Bu barədə Modern.az saytına İsmayıllı rayonu İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, müşavirədə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, Polis Şöbəsinin rəisi Nizami Qocayev və rayonun digər rəhbər şəxsləri iştirak edirlər. İsmayıllı rayonunda seçilən deputat Novruz Aslanov da təcili Bakıdan rayona gəlib.  

Məlumata görə, icra başçısı Nizami Ələkbərovun bu gün hadisə ilə əlaqədar rayon ağsaqqallarını qəbul edəcəyi gözlənilir.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı