Modern.az

Paşinyan Makronla Qarabağı müzakirə edib

Paşinyan Makronla Qarabağı müzakirə edib

Dünya

9 Mart 2022, 22:57

Parisdə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

Yelisey sarayında keçirilən görüş zamanı Qarabağ məsələsi də müzakirə olunub.

 

Məlumata görə, tərəflər 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatların icrasını müzakirə ediblər. Bundan əlavə, Paşinyan və Makron beynəlxalq arenada baş verən proseslər barədə fikir mübadiləsi aparıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım