
Müasir həyatı, gündəlik yaşam tərzini avtomobilsiz təsəvvür etmək mümkün deyil. İnsanların avtomobilə tələbat artdıqca, onun ölkəmizə gətirilməsinin sayı da günü-gündən artmaqdadır. Bu gün ölkəmizdə 1.5 milyondan yuxarı maşın qeydiyyata alınıb. Ölkəyə gətirilən maşınları sayı isə ilbəil artmaqdadır. Bəs görəsən ölkəmizə daha çox hansı model avtomobil gətirilir?
“Avtomobil.az” saytının redaktoru Seymur Yunusov
Modern.az-a açıqlamasında bildirib ki, yeni maşınlar arasında keçən ilə qədər bazarın lideri “VAZ” markası və ən çox da “VAZ-2107” idi. Onun sözlərinə görə, hazırda “Hunday” markası birincilik sahibidir.
“Təxminən il ərzində Azərbaycana 9-11 min “VAZ” markalı maşın gətirilirdi. “VAZ” iyun ayına qədər üstün idi. Belə ki, satılan 100 maşından 19-u onun payına düşürdü. 2012-ci ilin dekabr ayına olan məlumata görə, bu markanın payı 9%-ə düşdü və satış demək olar ki, iki dəfə azaldı. Qeyri-rəsmi məlumata görə, ikinci yerdə “Hunday” gedirdi. Məlum olduğu kimi “VAZ-2107”-nin istehsalı dayandırıldı və bundan sonra üstünlük “Hunday”a keçdi. Hazırda “Hunday” ən çox gətirilən markadır. Onun ardınca “Kia”, “Toyota”, “Nissan” və s. kimi markalı maşınlar gəlir. Bunlar yeni gətirilən maşınlara aiddir. Təkrar bazarda köhnə maşınlara gəldikdə, bazarın 50%-i 10 markanın əlindədir. Birinci yeri təxminən 32-35%-lə “Mersedes” tutur. İkincilik iyun ayına qədər “VAZ”ın əlində idi. Lakin onun idxalı dayandırıldıqdan sonra “VAZ” üçüncü yerə keçdi. İndi ikincilik “OPEL” markasına keçib”.
S.Yunusov bildirib ki, hazırda Azərbaycana daha çox “Mersedes”markalı maşınlar daha çox gətirilir.
“Bahalı maşınlardan daha çox “Lexsus” və “Land Rover” gətirilir. Bazarda “Mersedes-E-klass” 14.8%-dir və digər bahalı “BMV-X” seriyadır ki, bazarın 1,1%-ini təşkil edir. Ən çox satılan 10 model bunlardlır: “Mersedes-C-klaas” və “E-Klass”, “Vaz-2107”, “Vaz-2106”, “BMV” 5-ci seriya, “Mitsubişi-Pajero”, “Opel-Vectra”, “Hunday Sonata”, “Toyota Prado”, “BMV-X”. Onların arasında “BMV-X” seriya, “Land Rover”, “Lexsus” əsas 3 lüks lider markadır”.
Anar Kəlbiyev