ABŞ-ın keçmiş prezidenti Donald Trampı aparan təyyarə Meksika körfəzi üzərində məcburi eniş edib.
Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, təyyarənin Nyu Orleanda məcburi eniş etməsinə mühərrikin sıradan çıxması səbəb olub.
Məlumata görə, Donald Tramp Nyu-Orleandan Floridaya Palm-Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsinə gedirmiş.
Nyu-Orlean hava limanına təhlükəsiz eniş etdikdən bir neçə saat sonra ABŞ administrasiyasının keçmiş rəhbəri Floridaya başqa təyyarə ilə uçmalı olub.