Modern.az

Ankarada Zərif güclülər lahiyəsinə start verilib

Ankarada “Zərif güclülər” lahiyəsinə start verilib

10 Mart 2022, 12:08

Türkiyədə yaşayan azərbaycanlılar, eləcə də bütün azərbaycansevərlər üçün doğma məkana çevrilmiş Ankara şəhərindəki Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində  Azərbaycan Diaspora Dəstək Fondunun təşkilatçılığı ilə rəsmi şəxslərin, diplomatların, hüquqşünasların, Ankara ictimaiyyətinin tanınmış simalarının, KİV nümayəndələrinin, diaspor fəallarının iştirakı ilə tanınmış telearaparıcı Rövşənə Ağasəfqızının  “Zərif güclülər” lahiyəsi üzrə konfrans keçirilib.

Konfrans işinə başlamazdan öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin İstiqlal Marşı  və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Konfransda layihənin müəllifi Rövşanə Ağasəfqızı, layihənin koordinatoru Afaq Vasifqızı  çıxış edərək, bu gün Azərbaycanda, qardaş Türkiyədə qadın siyasətinin dövlət siyasətinin tərkib hissəsi kimi yüksək səviyyədə həyata keçirildiyini, qadın hüquqlarının müdafiəsi üçün bir çox qanunlar qəbul olunduğunu, dövlət layihələrinin həyata keçirildiyini, qadın hüquqları ilə bağlı tədbirlərin təşkil olunduğunu vurğulayaraq,  bəzən qadınlarımızın hüquqi və sosial sahədə ciddi problemlərlə qarşılaşdıqlarını da qeyd ediblər. Bildirilib ki,  “Zərif güclülər” lahiyəsi Tükiyədə yaşayan qadın soydaşlarımızın probleminə xidmət edəcək. Layihə cərcivəsində həyata keçirilən işlər təcavuzə məruz qalan, şiddət görən, aldadılan, evi-eşiyi əlindən alınan, kücəyə atılan, uşaqlarına həsrət qoyulan, hüquqi  sahədə problemlərlə üzləşən   qadın soydaşlarımıza dəstək olacaq, onların hüquqlarının təmin olunmasına köməklik göstərəcək, qadınların cəmiyyətdəki rolu, zərif cinsin nümayəndələrinin azad şəkildə fəaliyyət göstərməsi, heç kimdən asılı olmadan öz hüquqlarından irəli gələn vəzifələri yerinə yetirməsi, iqtisadi, siyasi və s. hüquqlara görə kişilərlə daha da bərabərləşdirilməsi üçün əməli addımlar atacaq.

Konfransda Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Aygün Qocayeva, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, hüquqşünaslar Zeynəb Dəniz Altınsoy, Ləman Süleymanlı və başqaları    qadınların cəmiyyətdə, ictimai-siyasi həyatda rolunun daha da artırılması üçün görülən işlərdən, gələcək planlardan danışıblar.

 Çıxışlar ətrafında müzakirələr aparılaraq  natiqlər “Zərif güclülər” lahiyəsinin Tükiyədə yaşayan qadın soydaşlarımızın  istər sosial, istər siyasi, istər mədəni, istər ictimai, istərsə də idman sahəsində   gender bərabərliyinin təmin olunması yolunda atılan addımlara, qadın soydaşlarımızn hüquqlarının qorunması istiqamətində görülən işlərə töhfələr verəcəyinə ümidvar olduqlarını bildiriblər. 

 

Hikmət Xudiyev,
əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu