Modern.az

İsmayıllıda yenidən etiraz aksiyası keçirilib: saxlanılanlar var - FOTOLAR + YENİLƏNİB

İsmayıllıda yenidən etiraz aksiyası keçirilib: saxlanılanlar var - FOTOLAR + YENİLƏNİB

Təhsil

24 Yanvar 2013, 11:43

Modern.az-a verilən məlumata görə, polislə qarşıdurma baş verib, saxlanılanlar var...

İsmayıllı rayonunda yenidən etiraz aksiyası başlayıb. Modern.az-a rayon sakinlərindən verilən məlumata görə, bu saatlarda narazı kütlə rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafında toplanaraq etiraz edirlər. Nümayişçilər məmur özbaşınalıqlarına son qoyulmasını tələb edir, icra başçısı Nizami Ələkbərovu istefa verməyə çağırır, bununla bağlı şüarlar səsləndirirlər. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən blokadaya alınıb.

***

İsmayıllıda baş verən aksiyadan Modern.az-a yeni məlumatlar daxil olub. Hazırda aksiyada iştirak edən yerli sakinlərin əməkdaşımıza bildirdiyinə görə, polislə etirazçılar arasında qarşıdurma olub, aksiya iştirakçılarından saxlanılanlar var.
Təxminən 15-20 sakinin Polis Şöbəsinə aparıldığı qeyd olunur. Məlumatlara görə, aksiyaya toplaşan sakinlər icra başçısı Nizami Ələkbərovun istefasını və onun İsmayıllı camaatından üzr istəməsini tələb edirlər.
Aksiyaya müdafiə edən polis qüvvələri ilə sakinlər arasında qarşıdurma yaranıb. Mingəçevir şəhərinin polis rəisi Azər Muradov sakinlərin qarşısında çıxaraq qanunsuz hərəkətləri dayandırmağa çağırıb. Bundan sonra sakinlər polis əməkdaşlarına daş atıblar. Polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

***

Son məlumatlara görə, aksiya dağıdılıb, İcra Hakimiyyəti istiqamətinə gedən yollar polisin nəzarətinə alınıb...

İndicə aldığımız məlumata görə, İsmayıllıda keçirilən aksiya başa çatıb, rayonda sakitçilik hökm sürür.

 "Azadlıq" qəzetinə məxsus fotoları təqdim edirik

 

 

 

 

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı