Modern.az

Ruslar Ukraynada qadın deputatı QAÇIRDILAR

Ruslar Ukraynada qadın deputatı QAÇIRDILAR

Dünya

10 Mart 2022, 13:06

Bu gün, martın 10-da səhər saat 6-da rusiyalı işğalçılar Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimovanın evinə soxulub, daha sonra onu zorla naməlum istiqamətə aparıblar.
 

Modern.az xəbər verir ki, bu barədə Krım tatar xalqı Məclisinin üzvü Esgəndər Bariyev öz Facebook səhifəsində yazıb.

“Bu gün Melitopolda səhər saat 6-da rus hərbi geyimli silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə soxulublar”, - deyə qeyd edən Bariyev bildirib ki, işğalçılar deputatın evində də axtarış aparıblar.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu