İsmayıllıda bu gün baş verən etiraz aksiyasında baş vermiş qarşıdurmada xəsarət alanlar var. İsmayıllı rayon Mərkəzi Xəstəxanasından Modern.az-a daxil olan məlumata görə, aksiya iştirakçılarından bir nəfər bıçaqlandığına, bir neçə nəfər isə digər bədən xəsarəti aldığına görə xəstəxanaya yerləşdirilib.
Adının çəkilməsini istəməyən həkimin əməkdaşımıza verdiyi xəbərə görə, aksiya zamanı bıçaqlanan şəxs hazırda əməliyyat olunur. Xəsarət alan digər şəxslər isə həkim nəzarətindədir. Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Anar RÜSTƏMOV