Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında çıxış etmək üçün Strasburqda səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili və Gürcüstanın Birinci Xanımı Sandra Rulofsla görüşüb. Modern.az-ın məlumatına görə, Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan Gürcüstan prezidenti Mixail Saakaşvili ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hər iki ölkənin parlament üzvlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vaciblyini vurğulayıb.
Azərbaycanı sevdiyini deyən Gürcüstanın Birinci Xanımı Sandra Rulofs Azərbaycanla, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində ölkələrimiz və xalqlarımız arasında münasibətlərin və əməkdaşlığın inkişafına töhvə verən layihələr həyata keçirildiyini və bundan çox məmnun olduğunu vurğuladı.
O, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun ölkələrimiz və xalqlarımızın daha da yaxınlaşması, əməkdaşlığın genişlənməsi istiqamətində rolunu yüksək qiymətləndirdiklərini də vurğuladı. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri kimi olaraq Gürcüstan Parlamentində yeni formalaşacaq Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə də bu günə qədər davam edən yüksək səviyyədə əməkdaşlığın davam və daha da inkişaf etməsinin çox vacib və önəmli olduğunu, ölkələrimizin maraqları istiqamətində bu əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyimi dedim. Prezidentin görüşləri çox idi, qısa söhbər etdik. Sandra xanımla isə xeyli söhbət etdik. Onu artıq neçə illərdir tanıyıram. Çox sadə, mehriban və maraqlı qadındır.
Modern.az