"Uniqlo" pərakəndə satış şirkəti Rusiyada əməliyyatları dayandırmaq qərarına gəlib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, "Uniqlo"nun sahibi Fast Retailing Ukraynadakı münaqişə vəziyyətinin pisləşməsi səbəbindən əməliyyat problemləri ilə üzləşdiyini söyləyib.
Bu, Rusiyada fəaliyyətini dayandıran qlobal brendlərin sonuncusudur.
Xatırladaq ki, çərşənbə axşamı "McDonald's", "Coca-Cola" və "Starbucks" da daxil olmaqla istehlakçı nəhəngləri eyni tədbiri görəcəklərini açıqlayıb.