Rusiya Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalara cavab olaraq telekommunikasiya, tibbi, avtomobil, kənd təsərrüfatı və texnoloji avadanlıqların ixracını 2022-ci ilin sonuna qədər qadağan edir.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.
İxracın dayandırılması siyahısına ümumilikdə 200-dən çox məhsul daxil edilib ki, bu siyahıya dəmir yolu vaqonları, konteynerlər, turbinlər və digər mallar da daxildir.