Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın və Ukraynadakı rus sakinlərin əmlakının müsadirə edilməsi haqqında qanunu imzalayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın qanunverici orqanı məlumat yayıb.
Diqqətə çatdırılıb ki, ölkə başçısı Ali Rada tərəfindən qəbul edilmiş “Mülkiyyət obyektlərinin zorla ələ keçirilməsinin əsas prinsipləri” haqqında qanunu təsdiqləyib.
Qanun sosial təlabat əsasında mülkiyyət hüququ obyektlərinin müsadirə edilməsinin hüquqi əsaslarını müəyyən edir.
Bildirilib ki, hərbi zərurət də müsadirə üçün motiv ola bilər. Qanuna əsasən, Ukraynada Rusiyaya və onun sakinlərinə məxsus əmlakın müsadirəsində kompensasiya nəzərdə tutulmur.