Modern.az

Siyasi qüvvələr İsmayıllı ilə bağlı xüsusi müşavirəyə hazırlaşır

Siyasi qüvvələr İsmayıllı ilə bağlı xüsusi müşavirəyə hazırlaşır

Təhsil

24 Yanvar 2013, 14:04

İsmayıllıda baş vedrən hadisələrlə əlaqədar bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar toplantısı keçirilib. Modern.az bildirir ki, İP KŞ üzvləri yaranmış vəziyyəti müzakirə ediblər. 
Qərara alınıb ki,  bu gün saat 16.00-a ölkənin siyasi partiyaları, ziyalılar və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə İsmayıllıdakı vəziyyətin xüsusi müzakirəsi keçirilsin.

Son hadisələrlə bağlı REAL Hərəkatının bir qrup üzvü isə rayona gedir. Modern.az-ın məlumatına görə, bu barədə Hərəkat sədri İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda hərəkat üzvləri İsmayıllıya gedir:

“Hələlik mən və Natiq Cəfərli, bəlkə REAL idarə Heyətindən başqa üzvləri də bizə qoşuldu”. Qeyd edək ki, dünən axşam saatlarında İsmayıllıda etiraz aksiyaları başlanıb.


Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı