Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna hakimiyyətinin yerli sakinlərə silahdan istifadə icazəsinin verilməsi barədə qərarını şərh edib.
Modern.az xəbər verir ki, o, rusiyalı hərbçilərə hücum edəcək silahlı şəxslərin hədəf olacağını bildirib.
“Hərbçilərimizə əlində silahla hücum edəcək hər kəs hədəf olacaq”, - deyə Peskov qeyd edib.
Xatırıladaq ki, Ukraynada mülki şəxslərin silahdan istifadəsinə icazə verilib.