Rusiyanın xarici işlər naziri Sergey Lavrov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Modern.az xəbər verir ki, görüş Türkiyənin Antalya şəhərində keçirilən Diplomatiya Forumu çərçivəsində baş tutub.
Görüşdə Ukraynada atom elektrik stansiyaları və digər obyektlər müzakirə olunub.
O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası-Ukrayna-AEBA üçtərəfli görüşü ilə bağlı qərar hələ qəbul edilməyib, tərəflər bu məsələni müzakirə edir.